"Formula 1"in keçmiş pilotu dünyasını dəyişdi

"Formula 1"in keçmiş pilotu dünyasını dəyişdi "Formula 1" üzrə dünya çempionatında çıxış etmiş keçmiş pilot Adrian Kampos vəfat edib.
Fərdi
28 Yanvar , 2021 11:38
Formula 1in keçmiş pilotu dünyasını dəyişdi
Adrian Kampos

"Formula 1" üzrə dünya çempionatında çıxış etmiş keçmiş pilot Adrian Kampos vəfat edib.

"Report" xəbər verir ki, "Formula 2"də "Campos Racing"in qurucusu və prezidenti olmuş Kampos 60 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Adrian Kampos 1987-1988-ci illərdə "Formula 1"də "Minardi"nin heyətində 16 yarışda iştirak edib və yalnız 2 dəfə finiş xəttinə çatıb. Onun ən yaxşı nəticəsi 14-cü yer olub.

Sürücü 1998-ci ildə gənclərin yarış seriyasında iştirak edən komandasını qurub. Kamposun komandasında ikiqat dünya çempionu Fernando Alonso, Serxio Perez və Lando Norris kimi tanınmış pilotlar yer alıb.

Son xəbərlər

Orphus sistemi