Karate üzrə Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

Karate üzrə Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlanıb Bakı. 2 noyabr. REPORT.AZ/ Noybarın 6-da İspaniyanın paytaxtı Madriddə start götürəcək karate üzrə dünya çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb.
Fərdi
2 Noyabr , 2018 09:59
Karate üzrə Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Noybarın 6-da İspaniyanın paytaxtı Madriddə start götürəcək karate üzrə dünya çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb.

Azərbaycan Milli Karate Federasiyasından “Report”a verilən məlumata görə, 6 gün davam edəcək mundilada ölkəni 20 idmançı təmsil edəcək. 10 fərdi çəki dərəcəsi və kata yarışlarından başqa, karateçilər kişi və qadınların komanda kumite yarışında, eləcə də kişilərin komanda kata turnirində mübarizə aparacaqlar.

Fərdi yarışlara Firdovsi Fərzəliyev (60 kq) Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), Şahin Atamov (+84 kq), Roman Heydərov (kata), həmçinin Neda Rezai (kata), Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) daxil edilib.

Komanda kumite yarışlarında onlara Pənah Abdullayev, Turqut Həsənov, Murad Hacızadə və Asiman Qurbanlı da qatılacaq. Komanda kata turnirində isə Rövşən Əliyev, İsmayıl Quliyev və Tural Balcanlıdan ibarət heyət çıxış edəcək. Onlardan başqa, Sahib Əhədov 33 ölkədən 106 idmançının qatılacağı para-karate üzrə dünya çempionatında qüvvəsini sınayacaq.

Baş məşqçilər Şahin Xudaverdiyev (kişilər), Anar Allahverdiyev (qadınlar), Vahid Ayvazov (kata), o cümlədən, böyük məşqçilər Qurban Tağıyev, Seymur Hüseynov, Rəşad Hüseynov, məşqçi Denis Morozov, fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədov kumite və kata yarışlarında milli komandanı müşayiət edəcəklər.

Noyabrın 3-də İspaniyanın paytaxtına yola düşəcək heyət 10 gün sonra Bakıya dönəcək.

Qeyd edək ki, karate üzrə XXIV dünya çempionatında rekord sayda - 140 ölkədən 1147 idmançı iştirak edəcək. İki ildən bir keçirilən yarış 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. 

Son xəbərlər

Orphus sistemi