Kanadada 100 yaşlı qadın kütləvi qaçışda iştirak edib

Kanadada 100 yaşlı qadın kütləvi qaçışda iştirak edib Man Kaur 100 metr məsafəni 1 dəqiqə 20 saniyəyə qaçıb
Fərdi
30 Avqust , 2016 09:46
Kanadada 100 yaşlı qadın kütləvi qaçışda iştirak edib

Bakı. 30 avqust. REPORT.AZ/ Kanadanın Vankuver şəhərində kütləvi beynəlxalq qaçış keçirilib. "Report"un məlumatına görə, qaçışa Hindistanın 100 yaşlı qadın sakini Man Kaur və onun 78 yaşlı oğlu Qurdev Sinqh də qatılıb.

Kaur 100 metr məsafəni 1 dəqiqə 20 saniyəyə qaçıb.

"Americas Masters Games" adlı yarışda 30 yaşdan yuxarı idmançılar iştirak edib. 100 yaşdan yuxarı kateqoriyasında Man Kaur yeganə iştirakçı kimi qızıl medal alıb. 

Son xəbərlər

Orphus sistemi