Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının qalibləri müəyyənləşib

Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının qalibləri müəyyənləşib Kamandan Oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının qalibləri müəyyənləşib.
Fərdi
25 Avqust , 2024 19:34
Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının qalibləri müəyyənləşib

Bu gün Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatına yekun vurulub.

Azərbaycan Kamandan Oxatma Federasiyasından "Report"a verilən məlumata görə, 50-dən çox idmançının qoşulduğu mübarizədə üç kateqoriya üzrə mükafatçılar müəyyən edilib. Böyüklər arasında qadın oxatanların yarışında (70 metr) Olimpiya təmsilçimiz Yaylagül Ramazanova qızıl, gənc və perspektivli Fatimə Hüseynli gümüş, Svetlana Simonova isə bürünc medala yiyələniblər.

Bu kateqoriya üzrə yarışan kişi idmançılar arasında qızıl medalı Məhəmmədəli Əliyev, gümüşü Roman Venqerov, bürünc medalı isə Əhməd Hüseynov qazanıb.

60 metrlik hədəfi nişan alan qadınların mübarizəsində 1-ci, 2-ci, 3-cü yerləri müvafiq olaraq Amina Şərif, Lalə Almasova və Zəhra Carçılı bölüşüblər.

Eyni kateqoriyada kişilərin sıralanması aşağıdakı kimi nəticələnib: İslam İsmayılov - qızıl, Sərdar Vəliyev - gümüş və Nurlan Rəhimli - bürünc medal.

Qadın yeniyetmələrin (30 metr) yarışında birinciliyi Leyla Əfəndiyeva qazanıb.
Sona Rüstəmli və Fatimə Nəbiyeva isə müvafiq olaraq ikinci və üçüncü yerlə kifayətlənməli olublar.

Nəhayət, kişi yeniyetmələr arasında baş tutan yarışları Məhəmməd İsmayılov qızıl, Hüseyn Məhərrəmov gümüş, Nicat Nəbiyev isə bürünc medalla başa vurublar.

Çempionat qaliblərin mükafatlandırılması ilə başa çatıb. Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev, Federasiyanın vitse-prezidenti Rauf Əliyev,
Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədov, Su İdmanı Sarayının direktoru Zaur Yaqubov və Bodibildinq üzrə üçqat Dünya Çempionluğunun mükafatçısı Emin Babayev idmançıları medallarla təltif ediblər.

Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev tədbirdən sonra yarışlarda əzmlə mübarizə aparan idmançılarla həmsöhbət olaraq onlara karyeralarında daha böyük uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi