İzabel Bonnal: Azərbaycan dünya idmanına töhfə vermiş ölkə olaraq tanınır
Fərdi
- 21 aprel, 2024
- 14:26
Azərbaycan dünya idmanına töhfə vermiş ölkə olaraq tanınır.
"Report"un məlumatına görə, bunu Monakonun təhsil, gənclər və idman komissarı İzabel Bonnal Milli Gimnastika Arenasında Bakı şəhərinin 2026-cı ildə dünyanın idman paytaxtına namizədliyi ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O, idmanın dünya ölkələrinin paytaxtlarındakı faydalarından danışıb: "İdmanın təhsil və zehni baxımdan da bağlılığı var. Məndə olan məlumata görə, Bakıda müxtəlif yaş kateqoriyasına malik olan insanlar onlar üçün ayrılmış xüsusi yerlərdə idmanla məşğul olurlar. Burda olduğumuz müddətdə müəyyən təlim-məşq bazalarını gəzdik və yaradılan şəraitlə tanış olduq. Deyə bilərəm ki, Bakı həqiqətən dünyanın idman paytaxtı olmağa layiq şəhərdir".
Son xəbərlər
06:38
Tramp atışma hadisəsindən sonra mətbuat konfransı keçirəcəyini açıqlayıb
Digər ölkələr06:33
Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər bu gün imtahan verəcək
Elm və təhsil06:28
Tramp qəbulu zamanı atəş açan şəxsin saxlanıldığını açıqlayıb
Digər ölkələr06:00
Bu gün 55 mindən çox şagird buraxılış imtahanı verəcək
Elm və təhsil05:49
İspaniyada attraksionda qəza nəticəsində dörd nəfər xəsarət alıb
Digər ölkələr05:32
Ağ Ev: Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir
Digər ölkələr04:59
Video
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib
Digər ölkələr04:45
Malinin müdafiə nazirinin iqamətgahına hücum olub
Digər ölkələr04:17