IWF-nin müvəqqəti prezidenti keçmiş rəhbərin qovulmasını tələb edir

IWF-nin müvəqqəti prezidenti keçmiş rəhbərin qovulmasını tələb edir Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) prezidenti səlahiyyətlərini yerinə yetirən Ursula Papandrea qurumun İcraiyyə Komitəsinə (İK) müraciət edib.
Fərdi
11 Aprel , 2020 20:24
IWF-nin müvəqqəti prezidenti keçmiş rəhbərin qovulmasını tələb edir

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) prezidenti səlahiyyətlərini yerinə yetirən Ursula Papandrea qurumun İcraiyyə Komitəsinə (İK) müraciət edib.

"Report" Almaniyanın ARD telekanalına istinadən xəbər verir ki, o, IWF-nin rəhbəri vəzifəsindən müvəqqəti uzaqlaşdırılan Tamaş Ayanın təşkilatdan birdəfəlik çıxarılmasını istəyib.

U.Papandrea öz tələbini İK üzvlərinə və T.Ayana məktub vasitəsilə çatdırıb. Məktubda səsvermə üçün 2 məqam göstərilib. Komitə üzvləri ya keçmiş rəhbərin gedişinə, ya da qalmasına səs verməlidirlər.

T.Ayanın qurumdan kənarlaşdırılması üçün 21 səsə ehtiyac var. Səsvermənin nəticələri barədə yekun qərar federasiyanın Baş Assambleyasında qəbul olunacaq.

İddiaya görə, U.Papandrea özü də həmkarından təhdid mesajları alıb.

Qeyd edək ki, yanvarın əvvəlində ARD telekanalının efirində Tamaş Ayanın korrupsiya sxemləri yaratmaqda və dopinqə görə məhkum olunmuş idmançıların müdafiəsində ittiham olunduğu film yayımlanıb. Filmdə həmçinin bildirilir ki, IWF bir çox beynəlxalq yarışlarda, o cümlədən dünya və Avropa çempionatlarında idmançıların dopinq-testlərinin müsbət çıxan nəticələrini gizlətmək üçün səlahiyyətli şəxslərə rüşvət verib. Məhz bu qalmaqala görə T.Ayan 90 gün müddətinə vəzifəsindən kənarlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi