IV İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının 4-cü iclası başlayıb

IV İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının 4-cü iclası başlayıb Tədbirdə bir sıra rəsmi şəxslər iştirak edib
Fərdi
8 Noyabr , 2016 09:38
IV İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının 4-cü iclası başlayıb

Bakı. 8 noyabr. REPORT.AZ/ Bu gün 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə Koordinasiya Komissiyasının 4-cü iclası işinə başlayıb.

"Report"un məlumatına görə, Oyunların icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının 2-ci vitse-prezidenti Çingiz Hüseynzadə, federasiyanın baş katibi Faisal Abdulaziz Al-Nassar, federasiyanın 1-ci vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, polkovnik Hamad Kalkaba Malboum və digər rəsmilər iştirak edib.

İki gün davam edəcək iclasın ilk görüşündə yarışda iştirak edəcək idmançıların sayı, idman növləri, nəqliyyat, infrastruktur, könüllülərlə işin qurulması və digər məsələlər müzakirə edilir.

Koordinasiya Komissiyasının iclasının 2-ci günündə idmançıların iştirak, idman yarışları, marketinq, yayım, kommersiya məsələləri, açılış və bağlanış mərasimləri ilə bağlı müzakirələr olacaq.

Qeyd edək ki, Koordinasiya Komissiyasının 3-cü iclası bu ilin mayın 12-də keçirilib.

Son xəbərlər

Orphus sistemi