İtaliya idmançıları Tokio olimpiadasında neytral statusda çıxış edə bilər

İtaliya idmançıları Tokio olimpiadasında neytral statusda çıxış edə bilər İtaliya idmançıları Tokio-2020 Yay Olimpiya Oyunları öncəsi sanksiya ilə üzləşə bilərlər.
Fərdi
5 Yanvar , 2021 21:05
İtaliya idmançıları Tokio olimpiadasında neytral statusda çıxış edə bilər

İtaliya idmançıları Tokio-2020 Yay Olimpiya Oyunları öncəsi sanksiya ilə üzləşə bilərlər.

"Report" xəbər verir ki, bu barədə İtaliya Olimpiya Komitəsinin prezidenti Covanni Malaqo "Rai" telekanalına açıqlamasında deyib.

Onun sözlərinə görə, idmançılar bu yay keçirilməsi nəzərdə tutulan olimpiadada neytral statusda iştirak bilərlər.

Buna səbəb ölkədə yerli olimpiya komitəsinin işinə müdaxilə edə biləcək yeni dövlət orqanının yaradılmasıdır. Beynəlxalq Olimpiya Komitəsi (IOC) bu qurumunun təsis olunmasından narazıdır. Çünki hökumətin milli komitələrin işinə müdaxiləsi qadağandır. IOC prezidenti Tomas Baxın bir neçə dəfə İtaliyanın idman naziri ilə görüşdüyü, amma bunun heç bir nəticə vermədiyi bildirilir.

Qeyd edək ki, daha əvvəl Rusiya idmançılarına 2022-ci il dekabrın 16-dək beynəlxalq irimiqyaslı yarışlarda, həmçinin olimpiada və dünya çempionatlarında öz ölkələrinin bayrağı altında çıxış etmək qadağan edilib.

Son xəbərlər

Orphus sistemi