İsveç idmançısı dayaqla tullanmada dünya rekorduna imza atıb

İsveç idmançısı dayaqla tullanmada dünya rekorduna imza atıb İsveç atleti Arman Dyuplantis dayaqla tullanmada yeni dünya rekordu müəyyənləşdirib.
Fərdi
21 mart 2022 04:37
İsveç idmançısı dayaqla tullanmada dünya rekorduna imza atıb
Arman Dyuplantis

İsveç atleti Arman Dyuplantis dayaqla tullanmada yeni dünya rekordu müəyyənləşdirib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, Dyuplantis Belqradda keçirilən atletika üzrə dünya çempionatında qapalı şəraitdə tullanma yerinə yetirərkən 6,2 metr hündürlüyü qət edib. İdmançı eyni vaxtda həm qapalı, həm də açıq hündürlükdə dünya rekordu qırıb.

İsveçli idmançı bununla martın 7-də Serbiyada açıq çempionatda özünün 6,19 metrlik dünya rekordunu yeniləyib.

Son xəbərlər

Orphus sistemi