ISSF Bakıda keçiriləcək Dünya Kuboku ilə bağlı IOC-a müraciət etdi

ISSF Bakıda keçiriləcək Dünya Kuboku ilə bağlı IOC-a müraciət etdi Beynəlxalq Atıcılıq İdman Federasiyası (ISSF) Beynəlxalq Olimpiya Komitəsindən (IOC) Tokio Yay Olimpiya Oyunları üçün lisenziya müddətinin uzadılmasını istəyib.
Fərdi
144
7 Mart , 2020 09:58
ISSF Bakıda keçiriləcək Dünya Kuboku ilə bağlı IOC-a müraciət etdi

Beynəlxalq Atıcılıq İdman Federasiyası (ISSF) Beynəlxalq Olimpiya Komitəsindən (IOC) Tokio Yay Olimpiya Oyunları üçün lisenziya müddətinin uzadılmasını istəyib.

"Report"un məlumatına görə, buna koronavirus infeksiyasının yayılması səbəb olub. Federasiya 15 - 26 martda Hindistanın paytaxtı Yeni Dehlidəki Dünya Kubokunu təxirə salıb. Olimpiadaya lisenziya xarakterli yarış aprelin 15-də başlayacaq.

ISSF bütün idmançılara eyni imkanın verilməsinin zəruriliyini nəzərə alaraq IOC-dan Almaniyanın Münhen şəhərindəki və Bakıdakı Dünya Kubokunun olimpiadaya lisenziya xarakterli olmasını istəyib.

Qeyd edək ki, Bakıda güllə və stend atıcılığı üzrə Dünya Kuboku 22 iyun - 3 iyulda baş tutacaq. Tokio-2020 olimpiadası 24 iyul - 9 avqustda olacaq. 

Son xəbərlər

Orphus sistemi