Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan kikboksçusu Surət Qarayevin (full contact, 91 kq) görüşündə haqsızlıq edilib.
"Report"un Konyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, onun Özbəkistandan olan rəqibi Həsən Baratovun çəkisi 91 kq-dan artıq olsa da, döyüşə buraxılıb.
Bu da Azərbaycan nümayəndə heyətinin narazılığına səbəb olub və bundan protest verilib. Azərbaycan Kikboksinq Federasiyası prezidenti Orxan Əliyev və gənclər və idman nazirinin müavini Mariana Vasileva da Türkiyə Kikboksinq Federasiyasının prezidenti Salim Kayıcı başda olmaqla, təşkilatçılara etirazlarını bildiriblər.
Qeyd edək ki, dünən Azərbaycan kikboksçularından Elxan Əliyev (full contact, 71 kq), Qəşəm Məmmədov (low kick, 67 kq), Arzuman Qədimov (low kick, 63,5 kq) və Aysu Devrişova (56 kq) bürünc medal qazanıblar.