İslamiada: Azərbaycan cüdoçuları fərdi mübarizəni 5 medalla başa vurublar

İslamiada: Azərbaycan cüdoçuları fərdi mübarizəni 5 medalla başa vurublar Azərbaycan cüdoçusu Elmar Qasımov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Fərdi
16 Avqust , 2022 19:01
İslamiada: Azərbaycan cüdoçuları fərdi mübarizəni 5 medalla başa vurublar

Azərbaycanın sonuncu cüdoçusu Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında medal görüşünə çıxıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 100 kq-dan yuxarı çəkidə yarışan İmran Yusifov 3-cü yer uğrunda qarşılaşmada seneqallı Mbaye Ndiaye ilə görüşüb.

Rəqibinə qızıl xal bölümündə uduzan Yusifov 5-ci olub.

Bununla da Azərbaycan cüdoçuları İslamiadada fərdi mübarizəni 5 medalla başa vurub. Balabəy Ağayev (60 kq) qızıl, Nəriman Mirzəyev (73 kq), Elmar Qasımov (100 kq) və Könül Əliyeva (48 kq) gümüş, Telman Vəliyev (73 kq) isə bürünc medala sahib çıxıb.

Sabah isə komanda yarışları olacaq.

18:27

Azərbaycan cüdoçusu Elmar Qasımov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 100 kq-da yer alan idmançı qızıl medal uğrunda qarşılaşmada özbəkistanlı Müzaffarbek Turoboyevlə üz-üzə gəlib.

22 yaşlı rəqibinə ipponla uduzan Qasımov gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Müzaffarbek Turoboyev ötən il Rusiyanın Kazan şəhərində təşkil edilmiş I MDB Oyunlarının qalibi olub.

17:34

Azərbaycanın ən ağır cüdoçuları – Elmar Qasımov (100 kq) və İmran Yusifov (+100 kq) müvafiq olaraq qızıl və bürünc medal görüşlərinə çıxacaqlar. 

"Report"un Konyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bu gün tatamiyə çıxan digər 3 cüdoçu medal qazana bilməyib.

Osetin əsilli Azərbaycan idmançısı Zelim Tçkayev yarımfinalda Vedat Albayraka (Türkiyə), daha sonra bürünc medal görüşündə üçqat Asiya mükafatçısı Şarofiddin Boltaboyevə (Özbəkistan) uduzaraq mükafatsız qalıb.

Südabə Ağayeva isə Şoxista Nəzərovaya (Özbəkistan) uduzaraq medal ümidindən əl çəkib. Həmin çəkidə yarışan Günel Həsənli Zita Ornella Biamini (Kamerun) məğlub edərək Minel Akdənizlə (Türkiyə) bürünc medal görüşünə vəsiqə qazanıb. Lakin Günel Golden score-da bu rəqibinə uduzaraq medalsız qalıb.

14:45

Azərbaycan cüdoçusu Elmar Qasımov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən idmanşı yarımfinalda türkiyəli Mərt Şişmanlara qalib gəlib.

Qasımov qızıl medal uğrunda Özbəkistan təmsilçisi Müzəffərbəy Turaboyevlə görüşəcək.

81 kq-dakı Zelim Tçkayev qırğızıstanlı Əsəd Masabirova qalib gələrək yarımfinala adlayıb.

+100 kq çəki dərəcəsindəki İmran Yusifov bürünc medal uğrunda Mbaqnik NDiay (Seneqal) ilə görüşə çıxacaq. 

1/4 finalda məğlub olan qadın cüdoçular – Südabə Ağayeva və Günel Həsənli (hər ikisi 70 kq) isə təsəlliverici görüşdə mübarizə aparacaq. 

Son xəbərlər

Orphus sistemi