İslamiada: Azərbaycan şpaqaçısı gümüş medal qazanıb

Fərdi
  • 15 avqust, 2022
  • 15:57
İslamiada: Azərbaycan şpaqaçısı gümüş medal qazanıb

Azərbaycan şpaqaçısı Ruslan Həsənov Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, o, finalda qırğızıstanlı Roman Petrova 12:15 hesabı ilə uduzaraq, 2-ci yeri tutub.

19:19

Azərbaycan şpaqaçısı Ruslan Həsənov Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, o, yarımfinalda Özbəkistan idmançısı Fayzulla Alimova 12:11 hesabı ilə qalib gəlib.

Həsənov finala adlamaqla ən azı gümüş medalı təmin edib.

14:39

Azərbaycan şpaqaçısı Ruslan Həsənov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında yarımfinala yüksəlib.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, qrup mərhələsini 4 qələbə ilə bitirən idmançı pley-offda türkiyəli Ege Say Aliyə 15:8 hesabı ilə qalib gəlib.

Həsənov 1/8 finalda Səudiyyə Ərəbistanını təmsil edən Cavad Əldavudu 15:8, ardınca isə iordaniyalı İyad Odehi 15:11 hesabı ilə üstələyib.

Şpaqaçı finala gedən yolda Özbəkistan idmançısı Fayzulla Alimovla qarşılaşacaq. Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Azərbaycan təmsilçilərindən Barat Quliyev pley-offda, Kənan Əliyev isə 1/8 finalda uduzub.