İslamiada: Azərbaycan idmançıları 10 növdə mübarizə aparacaq

İslamiada: Azərbaycan idmançıları 10 növdə mübarizə aparacaq Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 9-cu günə start veriləcək.
Fərdi
13 Avqust , 2022 09:00
İslamiada: Azərbaycan idmançıları 10 növdə mübarizə aparacaq

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 9-cu günə start veriləcək.

"Report"un məlumatına görə, bu gün Azərbaycan təmsilçiləri 10 idman növündə qüvvəsini sınayacaq.

Velosiped (kişilər və qadınlar)
10:00 Qadınlar, 100 km: Viktoriya Sidorenko və Lalə Əbdürəhmanova; Kişilər, 130 km: Elçin Əsədov, Musa Mikayılzadə, Elvin Əlizadə, Şahin Eyvazov, Nəcəf Bağırov və Əli Qurbanov

Aerobika gimnastikası
11:00 Vladimir Dolmatov, Mədinə Mustafayeva və Xoşqədəm Quliyeva

Üzgüçülük
11:00 100 m. batterflay: Ramil Vəlizadə; 50 m. brass: Ayan Kələntərova; 50 m. brass: Vəli İsrafilov; 200 m. individual qarışıq: Ayan Kələntərova; 4x100 m. sərbəst: Rəşad Alquliyev, Vəli İsrafilov, Əbdürrəhman Rüstəmov, Nihat Yusubov; 800 m. sərbəst: Aysel Səfərova

Ağırlıqqaldırma
11:30. Paşa İbrahimli (73 kq)
13:00. Füqan Əliyev (81 kq)

Güləş (yunan-Roma və qadın güləşi)
12:30 Yunan-Roma güləşi: Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Məhəmməd Əhmədiyev (87 kq), Sabah Şəriəti (130 kq); Qadın güləşi: Jalə Əliyeva (57 kq)

Həndbol (qadınlar, yarımfinal)
14:00 Azərbaycan – Özbəkistan

Bədii gimnastika (fərdi və komanda sıralama)
15:00 Zöhrə Ağamirova, İlona Zeynalova, Alina Gözəlova və Azərbaycanın qrup hərəkətlərindən ibarət komandası

Para-oxatma
15:00 Azadə Abdullayeva

Voleybol (kişilər)
17:00 Azərbaycan – Mərakeş

Basketbol 3x3 (kişilər)
17:20 Mali – Azərbaycan
22:00 Azərbaycan – Türkiyə

Qeyd edək ki, ilk 8 günün nəticəsinə əsasən Azərbaycan 9 qızıl, 12 gümüş və 14 bürünc medal qazanıb. Ölkə medal sıralamasında bu nəticə ilə Türkiyə, İran, Özbəkistan və Qazaxıstandan sonra 5-ci yerdədir.

Son xəbərlər

Orphus sistemi