İslamiada: Azərbaycan güləşçiləri mübarizəyə start verir

İslamiada: Azərbaycan güləşçiləri mübarizəyə start verir Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında 6-cı günə start veriləcək.
Fərdi
10 Avqust , 2022 09:37
İslamiada: Azərbaycan güləşçiləri mübarizəyə start verir

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında 6-cı günə start veriləcək.

"Report"un xəbərinə görə, bu gün Azərbaycan idmançıları 10 idman növündə qüvvəsini sınayacaq.

Bu dəfə Azərbaycan atıcıları, para-kamandan oxatanlar, idman gimnastları və güləşçilər mübarizəyə start verəcək.

Stend atıcılığı (trap, kişilər və qadınlar şəxsi)

10:00 Ramil Rüstəmzadə, Əli Hüseynli, Tamerlan Məmmədov, Aydan Camalova, Alina Rəfixanova, Aydan Babayeva

Taekvondo (kişi və qadınlar)

10:00 Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq), Pərviz İsgəndərov (63 kq), Cavad Ağayev (68 kq)

Para-kamandan oxatma (kişi və qadınların şəxsi yarışı)

10:00 Cahan Musayev, Əli Nəbiyev, Şahin Cabbarov, Vüsal Kazımov, Azadə Abdullayeva

İdman gimnastikası (kişilər)

11:30 Nikita Simonov, Mənsum Səfərov, İvan Tixonov

Stolüstü tennis (komanda yarışı)

12:00 Uqanda – Azərbaycan

16:00 Türkiyə – Azərbaycan

Güləş (sərbəst və qadın güləşi)

12:30 Mariya Stadnik (50 kq), Alyona Kolesnik (59 kq), Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Əbubəkr Abakarov (86 kq), İslam İlyasov (97 kq)

Voleybol (Qadınlar, B qrupu)

14:00 Əfqanıstan – Azərbaycan

Həndbol (Kişilər, B qrupu)

16:00 Azərbaycan – Türkiyə

Atletika (200 metr qaçış, təsnifat)

17:20 Əlhəm Nağıyev

Paraüzgüçülük (qadınlar, 50 metr arxası üstə final)

19:00 Könül Süleymanova

Qeyd edək ki, Azərbaycan ilk 5 gün ərzində 3 medal qazanıb. Anna Skidan (atletika, çəkicatma) qızıl, Aleksis Kopelyo (atletika, üç təkanla tullanma) gümüş və Həşim Məhəmmədov (taekvondo) bürünc medala sahib çıxıb. Bu nəticə ilə Azərbaycan medal sıralamasında 9-cu yerdədir.

Son xəbərlər

Orphus sistemi