Azərbaycanın bədii gimnastları İslamiadanı 6 medalla başa vurublar

Azərbaycanın bədii gimnastları İslamiadanı 6 medalla başa vurublar Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti medalı qazanıb.
Fərdi
14 Avqust , 2022 19:38
Azərbaycanın bədii gimnastları İslamiadanı 6 medalla başa vurublar

Azərbaycanın bədii gimnastları Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında daha 2 medal qazanıblar.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Zeynəb Hümmətova, Kamilla Əliyeva, Darya Sorokina, Ləman Əlimuradova, Yelizaveta Luzan və Güllü Ağalarzadədən ibarət qrup komandası üç lent və iki topla hərəkətlərdə qızıl, beş halqa ilə hərəkətlərdə isə gümüş medal əldə ediblər.

Beləliklə, bədii gimnastlar İslamiadanı 6 medalla başa vurublar.

17:50

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti medalı qazanıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bədii gimnast Zöhrə Ağamirova lentlə hərəkətlərdə qızıl medala sahib çıxıb. 

Ağamirova 32.850 xala layiq görülüb. İlona Zeynalova isə 4-cü yerlə kifayətlənib. 

17:13

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti medalı qazanıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bədii gimnast Zöhrə Ağamirova gürzlə hərəkətlərdə qızıl medala sahib çıxıb. 

16:12

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti medalı qazanıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bədii gimnast Zöhrə Ağamirova topla hərəkətlərdə bürünc medala sahib çıxıb. 

Ağamirova 32.500 xala layiq görülüb. Qazaxıstanlı Eljana Taniyeva qızıl medal qazanıb. 

15:37

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti medalı qazanıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bədii gimnast Zöhrə Ağamirova halqa ilə hərəkətlərdə gümüş medala sahib çıxıb.

Alina Gözəlova 7-ci yerlə kifayətlənib.

Son xəbərlər

Orphus sistemi