İslamiada: Azərbaycan növbəti medalları təmin edib

İslamiada: Azərbaycan növbəti medalları təmin edib V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları növbəti medalı qazanıb.
Fərdi
10 Avqust , 2022 13:30
İslamiada: Azərbaycan növbəti medalları təmin edib

Azərbaycan taekvondoçusu Cavad Ağayev (68 kq) Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında azı bürünc medalı özü üçün təmin edib.

"Report"un Konyaya ezam olunmuş əməkdaşının məlumatına görə, o, Qazaxıstan təmsilçisi Eldar Birimbaya qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Bununla da Azərbaycanın İslam Həmrəyliyi Oyunlarında əldə etdiyi medalların sayı 6-ya çatıb.

12:04

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti medalları qazanıb.

"Report"un məlumatına görə, qadın taekvondoçu Fəridə Əzizova yarımfinala yüksəlməklə, ən azı "bürünc"ü təmin edib. 67 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda qazaxıstanlı Feruza Yerqeşova qalib gəlib.

68 kq-da yarışan Cavad Ağayev isə albaniyalı Orseld Şkalla qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb. Pərviz İsgəndərov (63 kq) isə qazaxıstanlı rəqibinə uduzaraq mübarizəni dayandırıb.

Bununla da Azərbaycanın İslam Həmrəyliyi Oyunlarında əldə etdiyi medalların sayı 5-ə çatıb.

11:20

V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları növbəti medalı qazanıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşının məlumatına görə, taekvondoçu Patimat Abakarova (49 kq) nigeriyalı Farida Saumana qalib gəlməklə yarımfinala yüksəlib.

Bununla da o, minimum bürünc mükafat qazanmağı təmin edib.

Qeyd edək ki, Azərbaycan yarışın ilk 5 günü ərzində 3 medal qazanıb. Anna Skidan (atletika, çəkicatma) qızıl, Aleksis Kopelyo (atletika, üç təkanla tullanma) gümüş və Həşim Məhəmmədov (taekvondo) bürünc medala sahib çıxıb. Bu nəticə ilə Azərbaycan medal sıralamasında 9-cu yerdədir.

Son xəbərlər

Orphus sistemi