İrina Zaretska qızıl medal qazanıb

Fərdi
  • 20 fevral, 2022
  • 13:52
İrina Zaretska qızıl medal qazanıb

Azərbaycanın qadın karateçisi İrina Zaretska Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində Karate1 Premyer Liqa turnirinin qalibi olub.

"Report"un məlumatına görə, 68 kq-da çıxış edən idmançı finalda italiyalı Silvia Semeraro ilə qarşılaşıb. Rəqibinə 5:2 hesabı ilə qalib gələn Zaretska qızıl medala sahib çıxıb.

67 kq-da yer alan Tural Ağalarzadə həlledici qarşılaşmada Qazaxıstan təmsilçisi Didar Amiraliyə uduzaraq gümüş medalla kifayətlənib.

84 kq-da mübarizə aparan Turqut Həsənov isə bürünc medal görüşündə avstriyalı Robin Rettenbaxeri məğlub edərək 3-cü yeri tutub.

Qeyd edək ki, Azərbaycan Karate1 Premyer Liqa turnirində 9 idmançı ilə təmsil olunub.