IPC prezidenti: "Ukrayna paralimpiyaçılarını Pekinə çatdırmaq çətin olacaq"

IPC prezidenti: "Ukrayna paralimpiyaçılarını Pekinə çatdırmaq çətin olacaq" Ukraynalı idmançıları Pekin-2022 Qış Paralimpiya Oyunlarına çatdırmaq çətin olacaq.
Fərdi
2 Mart , 2022 16:52
IPC prezidenti: Ukrayna paralimpiyaçılarını Pekinə çatdırmaq çətin olacaq

Ukrayna idmançılarını Pekin-2022 Qış Paralimpiya Oyunlarına çatdırmaq çətin olacaq.

"Report" "Inside the Games" nəşrinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) prezidenti Endrü Parsons bu ölkədən olan paralimpiyaçıların Rusiya ilə hərbi münaqişə səbəbindən düşdüyü durumu şərh edərkən deyib.

45 yaşlı funksioner hazırkı situasiyanı dəhşətli adlandırıb: "Biz Ukraynadan olan paralimpiyaçılara görə narahatıq. Əsas prioritetimiz bu ölkənin nümayəndə heyətinin təhlükəsizliyi və rifahıdır. Bu gün səhər Ukrayna Paralimpiya Komitəsinin prezidenti Valeri Suşkeviçlə danışdım. O, mənə paralimpiyaçıların Pekində yarışmaq istədiklərini bildirdi. Buna baxmayaraq, komandanı Pekinə çatdırmaq asan məsələ deyil".

Qeyd edək ki, Pekin-2020 Qış Paralimpiya Oyunları 4 - 13 martda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi