IOC Sammiti: Tokio-2020 uğurla keçiriləcək

IOC Sammiti: Tokio-2020 uğurla keçiriləcək IX Olimpiya Sammitində iştirak edən Olimpiya Hərəkatının nümayəndələri Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının uğurla keçiriləcəyinə əmindirlər.
Fərdi
13 Dekabr , 2020 00:31
IOC Sammiti: Tokio-2020 uğurla keçiriləcək

IX Olimpiya Sammitində iştirak edən Olimpiya Hərəkatının nümayəndələri Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının uğurla keçiriləcəyinə əmindirlər.

"Report"un məlumatına görə, bu barədə sammitin Beynəlxalq Olimpiya Komitəsinin (IOC) rəsmi saytında dərc olunmuş bəyannaməsində bildirilir. Sammit bütün iştirakçıların sağlamlığı və təhlükəsizliyinin əsas prioritet olması ilə razılaşıb və Yaponiya hökumətinə, Tokio rəhbərliyinə, Təşkilat Komitəsinə COVID-19 ilə mübarizədə görülmüş işlərlə əlaqədar minnətdarlığını bildirib.

Olimpiadada ekspres test və vaksinlərdən istifadə olunacaq. Bu mənada IOC-un ümumdünya peyvənd kampaniyasında rolu yüksək qiymətləndirilib.

Qeyd edək ki, Tokio-2020 gələn il 23 iyul - 8 avqusta təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi