IOC prezidentindən olimpiada açıqlaması

IOC prezidentindən olimpiada açıqlaması Beynəlxalq Olimpiya Komitəsi (IOC) Tokio-2020 Yay Olimpiya Oyunlarının koronavirusla bağlı vəziyyət fonunda planlaşdırılmış müddətdə keçirilmə imkanlarına dair qərarını yaxın 4 həftə ərzində açıqlayacaq.
Fərdi
362
23 Mart , 2020 01:09
IOC prezidentindən olimpiada açıqlaması

Beynəlxalq Olimpiya Komitəsi (IOC) Tokio-2020 Yay Olimpiya Oyunlarının koronavirusla bağlı vəziyyət fonunda planlaşdırılmış müddətdə keçirilmə imkanlarına dair qərarını yaxın 4 həftə ərzində açıqlayacaq.

"Report"un məlumatına görə, bu barədə IOC prezidenti Tomas Baxın olimpiyaçı-idmançılara ünvanladığı məktubda bildirilir. Almaniyalı funksioner Oyunların ləğvi variantını nəzərdən keçirməyəcəklərini vurğulayıb: "Tokio olimpiadasının tarixi ilə bağlı yekun qərar qəbul etmək üçün tezdir. Dünyada koronavirusla əlaqədar tez-tez dəyişən vəziyyətin Oyunların keçirilməsinə təsirini, olimpiadanı təxirə salmağa qadir olub-olmadığını qiymətləndirmək üçün IOC Tokio-2020 Təşkilat Komitəsi və Yaponiya hökuməti ilə müzakirələrə başlayıb. Müzakirələri 4 həftə ərzində başa vuracağımıza əminik".

"Bir tərəfdən Yaponiyada koronavirusla bağlı situasiya yaxşılaşır. Bu da təşkilatçı ölkənin iştirakçıların sağlamlığına qayğı göstərməklə Oyunları bəzi məhdudiyyətlərlə təşkil edə biləcəklərinə əminliyimizi möhkəmlədir. Digər tərəfdən, biz müxtəlif qitələrdə və ölkələrdə virusun kəskin artımını müşahidə edirik", - deyə Bax əlavə edib.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 24 iyul - 9 avqustda keçirilməlidir. 

Son xəbərlər

Orphus sistemi