IOC olimpiadada ağırlıqqaldırma yarışlarını azaltdı

IOC olimpiadada ağırlıqqaldırma yarışlarını azaltdı Beynəlxalq Olimpiya Komitəsi (IOC) 2024-cü ildə Paris Yay Olimpiya Oyunlarında ağırlıqqaldırma yarışlarının proqramının azaldılması ilə bağlı qərar qəbul edib.
Fərdi
8 Dekabr , 2020 01:16
IOC olimpiadada ağırlıqqaldırma yarışlarını azaltdı

Beynəlxalq Olimpiya Komitəsi (IOC) 2024-cü il Paris Yay Olimpiya Oyunlarında ağırlıqqaldırma yarışlarının proqramının azaldılmasını qərara alıb.

"Report"un məlumatına görə, bu barədə qurumun idman direktoru Kit Mokkonnel mətbuat konfransında bildirib.

O, Fransa paytaxtındakı Oyunlarda bu idman növü üçün ayrılmış kvotanın 120 olacağını açıqlayıb: "Rio-2016-da 260 idmançı var idi. Tokioda say 196-ya endirildi. Parisdə isə cəmi 120 yer olacaq. Həmçinin medal dəstlərinin sayı 14-dən 10-a azaldılıb. Kişilər və qadınların yarışında 2 çəki dərəcəsi ləğv edilib. Amma IOC Paris olimpiadasında ağırlıqqaldırma yarışının keçiriləcəyini hələ təsdiqləməyib".

Qeyd edək ki, IOC Beynəlxalq Ağırlıqqaldırma Federasiyasında (IWF) idmançıların müsbət çıxmış dopinq testlərinin nəticələrini gizlətmək qarşılığında korrupsiya faktı aşkarlandıqdan sonra ağırlıqqaldırma növünü Paris olimpiadasının proqramından çıxarmaqla hədələyib. Bundan sonra IWF-nin rəhbəri Tamaş Ayan 20 il ərzində tutduğu vəzifədən istefa verməli olub. Daha sonra qurumun başına müvəqqəti olaraq Ursula Papandrea keçib. Bu isə IOC-un narazılığına səbəb olub.

Son xəbərlər

Orphus sistemi