IOC olimpiada ərəfəsində peyvənd xərclərini qarşılayacaq

IOC olimpiada ərəfəsində peyvənd xərclərini qarşılayacaq Beynəlxalq Olimpiya Komitəsi (IOC) Yaponiyanın paytaxtı Tokioda keçirilək Yay Olimpiya Oyunları ərəfəsində idmançılar üçün peyvənd xərclərini ödəmək niyyətindədir.
Fərdi
16 Noyabr , 2020 14:12
IOC olimpiada ərəfəsində peyvənd xərclərini qarşılayacaq
Tomas Bax

Beynəlxalq Olimpiya Komitəsi (IOC) Yaponiyanın paytaxtı Tokioda keçirilək Yay Olimpiya Oyunları ərəfəsində idmançılar üçün peyvənd xərclərini ödəmək niyyətindədir.

"Report"un məlumatına görə, bu barədə IOC-un prezidenti Tomas Bax mətbuat konfransında deyib.

Funksioner bildirib ki, vaksin olimpiadanın startınadək tapılsa, qurum həmin xərcləri özü qarşılayacaq: "Bu mövzuda milli olimpiya komitələri ilə əməkdaşlıq edəcəyik. Yaponiyaya gəlməzdən əvvəl mümkün qədər çox insana peyvəndin vurulmasını istəyirik".

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları bu il 24 iyul - 9 avqustda keçirilməli idi. Lakin koronavirus pandemiyası üzündən olimpiada 2021-ci il 23 iyul - 8 avqusta təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi