İnci Əzizova: "MDB Oyunlarındakı qızıl medal karyeramda mühüm yer tutur"

İnci Əzizova: "MDB Oyunlarındakı qızıl medal karyeramda mühüm yer tutur" "Yarışa yaxşı hazırlaşmışdım. Qızıl medal qazanacağımı gözləyirdim".
Fərdi
110
13 Sentyabr , 2021 13:09
İnci Əzizova: MDB Oyunlarındakı qızıl medal karyeramda mühüm yer tutur

"Yarışa yaxşı hazırlaşmışdım. Qızıl medal qazanacağımı gözləyirdim".

Bu fikirləri "Report"a açıqlamasında Rusiyanın Kazan şəhərindəki I MDB Oyunlarının qalibi olan Azərbaycan karateçisi İnci Əzizova Bakıdakı qarşılanma zamanı deyib.

50 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı qrup mərhələsini birinci pillədə başa vuraraq finala yüksəldiyini xatırladıb: "Finalda özbəkistanlı Nəsibəbanu Narbayevaya qalib gələrək qızıl medal əldə etdim. Bu qələbə karyeramda çox mühim yer tutur. Çünki bu yarış ilk dəfə keçirilirdi. Turnirdən əvvəl ancaq qızıl medal haqqında fikirləşirdim".

Son xəbərlər

Orphus sistemi