İlqar Rəhimov: "Sevincimizin həddi-hüdudu yoxdur"

İlqar Rəhimov: "Sevincimizin həddi-hüdudu yoxdur" "Paralimpiya oyunlarının ikinci günüdür. Bu gün mübarizəyə qoşulan ilk idmançımız Pərvin Məmmədov bürünc medal qazandı".
Fərdi
26 Avqust , 2021 09:07
İlqar Rəhimov: Sevincimizin həddi-hüdudu yoxdur
İlqar Rəhimov

"Paralimpiya oyunlarının ikinci günüdür. Bu gün mübarizəyə qoşulan ilk idmançımız Pərvin Məmmədov bürünc medal qazandı".

"Report"un məlumatına görə, bunu Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov paurliftinqçi Pərvin Məmmədovun (49 kq) Tokio-2020 Yay Paralimpiya Oyunlarında 3-cü yeri tutması barədə danışarkən deyib.

O, idmançının çox gözəl çıxış etdiyini bildirib: "Azərbaycanı layiqincə təmsil etdi. Komandamızın ilk üzvü ölkəmizə medal qazandırdığı üçün sevincimizin həddi-hüdudu yoxdur. Ümid edirik ki, medalların həm əyar, həm də say üzrə davamı gələcək. Hamını təbrik edirəm. Bundan sonra bizdən yeni qələbələr gözləyin və var gücünüzlə dəstəkləyin".

Qeyd edək ki, Pərvin Məmmədov 156 kq ağırlığın öhdəsindən gələrək, fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Son xəbərlər

Orphus sistemi