İlk dəfə "Azərbaycan Şahmat Turu” layihəsi həyata keçiriləcək

İlk dəfə "Azərbaycan Şahmat Turu” layihəsi həyata keçiriləcək Azərbaycan Şahmat Federasiyası (AŞF) ilk dəfə olaraq bütün ölkəni əhatə edəcək “Azərbaycan Şahmat Turu” – (“Chess Tour Azerbaijan”) layihəsini həyata keçirəcək.
Fərdi
16 aprel 2025 11:45
İlk dəfə Azərbaycan Şahmat Turu” layihəsi həyata keçiriləcək

Azərbaycan Şahmat Federasiyası (AŞF) ilk dəfə bütün ölkəni əhatə edəcək “Azərbaycan Şahmat Turu” (“Chess Tour Azerbaijan”) layihəsini həyata keçirəcək.

Bu barədə "Report"a AŞF-nin mətbuat xidmətindən məlumat verilib.

2025-ci ildə ilk dəfə reallaşacaq “Azərbaycan Şahmat Turu”nda ölkədə 8 beynəlxalq açıq turnir təşkil olunacaq. Bütün yarışlar beynəlxalq xarakter daşıyacaq və ölkə üzrə şahmatçıların təcrübəsini artırmağa imkan verəcək.

Şahmat turu Bakıdan başlayacaq. Aprelin 28-dən etibarən paytaxtda “Baku Open” beynəlxalq şahmat festivalına start veriləcək. İyunun 18-25-i aralığında “Sheki Open”, 26 iyun-3 iyulda “Shamakhı Open”, 6-13 iyulda “Lankaran Open”, 15-22 iyulda “Guba Open”, 11-18 noyabrda “Ganca Open”, 19-26 noyabrda isə “Shirvan Open” keçiriləcək.

“Azərbaycan Şahmat Turu” çərçivəsində həm də “Vüqar Həşimov Open” turniri baş tutacaq.

Qeyd edək ki, bütün turnirlərdə yerli şahmatçılarla yanaşı, xarici iştirakçıların, o cümlədən beynəlxalq qrossmeysterlərin iştirakı planlaşdırılır.

Orphus sistemi