"Əminəm ki, Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edəcəyik".
"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşündə deyib.
"Oyunlardan sonra isə əlbəttə ki, istirahət dövrü olmalıdır, amma çox çəkməməlidir, çünki qarşıda Yay Olimpiya Oyunları durur, o qədər də çox vaxt qalmayıb, cəmi 2 il qalıb. Ona görə yaxın aylarda artıq hazırlığa başlanmaq lazımdır, ondan sonra təsnifat turnirləri başlayacaq, komandamız formalaşacaq. Hesab edirəm ki, indi bütün idman qurumlarının əsas məqsədi Yay Olimpiya Oyunlarına hazırlıq olmalıdır. Mən əminəm ki, bütün idman qurumları burada da öz vəzifə borclarını bilirlər, yaxşı dərk edirlər və beləliklə, Yay Olimpiya Oyunlarında biz ölkəmizi ləyaqətlə təmsil edəcəyik", - dövlət başçısı vurğulayıb.