İki güləşçimiz olimpiya lisenziyasının bir addımlığında

İki güləşçimiz olimpiya lisenziyasının bir addımlığında Bu gün yunan-Roma güləşi üzrə Azərbaycan millisi Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirində mübarizəyə başlayıb.
Fərdi
20 Mart , 2021 18:58
İki güləşçimiz olimpiya lisenziyasının bir addımlığında
İslam Abbasov

Bu gün yunan-Roma güləşi üzrə Azərbaycan millisi Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirində mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, üçüncü yarış günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Azərbaycanın 6 təmsilçisindən 2-si yarımfinala yüksəlib.

Murad Məmmədov (60 kq) ilk görüşdə litvalı rəqibini sıradan çıxarıb. 1/4 finalda isə o, Ermənistanı təmsil edən Avropa çempionu Gevorq Qaribyana qalib gəlib.

İslam Abbasov (87 kq) isə debütdə Bolqarıstan idmançıdan güclü olub. Daha sonra İsveç təmsilçisinə qalib gələn Abbasov yarımfinala yüksəlib.

Digər pəhləvanlara gəldikdə, İslambek Dadov (67 kq) təsnifat mərhələsində Rumıniyadan olan rəqibinə vaxtından əvvəl qalib gəlib. Yığma üzvü ardından Polşanı təmsil edən erməni güləşçinin lisenziya ümidlərini puça çıxarıb. Lakin o, 1/4 finalda Ermənistan idmançısına yenilib.

Sənan Süleymanov (77 kq) yarışa Moldova güləşçisi üzərində inamlı qələbəylə start verib. Ancaq o, Xorvatiya təmsilçisi ilə görüşdə sonuncu xal prinsipinə əsasən məğlubiyyətdən qaça bilməyib.

Murad Lokyayev (97 kq) ilk mərhələdə Yunanıstandan olan həmkarına gücünü göstərib. 1/4 finalda isə Lokyayev Çexiya idmançısına uduzub.

Beka Kandelaki (130 kq) isə zədə üzündən xalça üzərinə çıxmayıb.

Qeyd edək ki, yarımfinalda Murad Məmmədov Almaniyadan olan Etyen Kinsingerlə, İslam Abbasov isə İsveçrə güləşçisi Ramon Rayner Betşartla üz-üzə gələcək. Bu mərhələni keçəcək güləşçi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.

Son xəbərlər

Orphus sistemi