IJF Akademiyasının ekspertləri təlim üçün Azərbaycana gəlib

IJF Akademiyasının ekspertləri təlim üçün Azərbaycana gəlib Beynəlxalq Cüdo Federasiyasının (İJF) Akademiyasının ekspertləri təlim üçün Azərbaycana gəlib.
Fərdi
10 May , 2022 13:27
IJF Akademiyasının ekspertləri təlim üçün Azərbaycana gəlib

Beynəlxalq Cüdo Federasiyasının (IJF) Akademiyasının ekspertləri təlim üçün Azərbaycana gəlib.

Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Mesut Kapan və Kaya Gezekerin iştirakı ilə təlimin praktiki mərhələsi start götürüb.

İki gün davam edəcək praktiki məşğələlər zamanı 100 əsas katanın yerinə yetirilməsi üzrə dərslər keçiriləcək.

Azərbaycanın bütün yaş qrupları üzrə milli komandaların məşqçiləri ilə yanaşı, ölkənin müxtəlif rayon və şəhərlərini təmsil edən müxtəlif klublar, cəmiyyətlər və idman təşkilatlarından 45 mütəxəssis təlimin praktiki mərhələsində iştirak edir.

Qeyd edək ki, təlimin nəzəri hissəsi 7 - 9 mayda baş tutub. IJF-nin qərarına əsasən, 2023-cü ildən qurumun müvafiq sertifikatına malik olmayan mütəxəssislərə IJF və Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq yarışlarda tatami kənarında idmançıları müşayiət etməyə icazə verilməyəcək.

Son xəbərlər

Orphus sistemi