II Avropa Oyunlarının ulduz səfiri müəyyənləşib

II Avropa Oyunlarının ulduz səfiri müəyyənləşib Bakı. 10 dekabr. REPORT.AZ/ Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının ulduz səfiri müəyyənləşib.
Fərdi
106
10 Dekabr , 2018 13:54
II Avropa Oyunlarının ulduz səfiri müəyyənləşib

Bakı. 10 dekabr. REPORT.AZ/ Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının ulduz səfiri müəyyənləşib.

"Report" "Minsk-2019"un rəsmi saytına istinadən xəbər verir ki, bu missiyaya Ukraynanın xalq artisti Ani Loraka həvalə olunub. Onun səfir seçilməsi "Minsk-Arena"da keçirilən Rusiyanın "Qızıl Qramofon" mükafatının təqdim edilməsi mərasimində açıqlanıb.

Qeyd edək ki, II Avropa Oyunları 21 - 30 iyun 2019-cu ildə təşkil olunacaq. Belarusun paytaxtı Minskdə 50 ölkənin 4000-dən çox idmançısı 15 növ üzrə 200 dəst medal uğrunda mübarizə aparacaq. 9 növ üzrə yarışlar 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Badminton, boks, cüdo, kayak və kanoe qayıqlarında avarçəkmə yarışları Avropa çempionatı səviyyəsində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi