İddiaçılar Turnirinin yeri və vaxtı açıqlanıb

Fərdi
  • 28 dekabr, 2021
  • 13:42
İddiaçılar Turnirinin yeri və vaxtı açıqlanıb

2022-ci ildə keçiriləcək şahmat üzrə İddiaçılar Turnirinin yeri və vaxtı açıqlanıb.

"Report"un məlumatına görə, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç qurumun rəsmi saytına açıqlama verib.

O bildirib ki, dünya şahmat tacı uğrunda növbəti görüşün iştirakçısını müəyyən edəcək turnir iyunun 16-dan iyulun 7-dək İspaniyanın paytaxtı Madriddə təşkil olunacaq.

Hazırda 6 şahmatçı İddiaçılar Turnirinə vəsiqə qazanıb. Onların arasında Azərbaycan təmsilçisi Teymur Rəcəbov da var. Digər qrossmeysterlər - rusiyalı Sergey Karyakin və Yan Nepomnyaşi, ABŞ-dan olan Fabiano Karuana, polşalı Yan-Kşiştof Duda və Fransanı təmsil edən Alireza Firuzcadır. Son iki iştirakçı Qran-prinin nəticələrinə görə müəyyənləşəcək.

Qeyd edək ki, hazırkı dünya çempionu norveçli Maqnus Karlsendir. İddiaçılar Turnirinin qalibi məhz onunla şahmat tacı uğrunda görüşdə qarşılaşacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti