Azərbaycanlı qrossmeyster Nicat Abasov və amerikalı Hikaru Nakamura şahmat üzrə İddiaçılar Turnirinin üçüncü turunda heç-heçə oynayıblar.
"Report" xəbər verir ki, yarış Kanadanın Toronto şəhərində keçirilir.
Üçüncü turda heç-heçə həmçinin rusiyalı Yan Nepomnyaşi ilə Hindistan təmsilçisi Dommaracu Qukeş, Fransa təmsilçisi Alireza Firuzca və ABŞ təmsilçisi Fabiano Karuana arasında keçirilən görüşlərdə qeydə alınıb.
Hindistanlı Rameşbabu Praqnanandha həmyerlisi Qucrati Viditi qara fiqurlarla məğlub edib.
Üç turdan sonra Nepomnyaşi, Qukeş və Karuana hərəyə 2, Vidit və Praqnanandha 1,5, Nakamura, Firuca və Abasov isə 1 xal toplayıblar.
Dördüncü turda N.Abasov A.Firuca ilə, Nepomnyaşi Viditlə, Karuana Qukeşlə, Praqnanandha isə Nakamura ilə qarşılaşacaq.