Yuxarı
    Bağlamaq

    İspaniyada cüdoçular 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb - FOTO

    Yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna start verilib

    Bakı. 13 fevral. REPORT.AZ/ İspaniyanın Fuengirola şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna start verilib.

    "Report"un məlumatına görə, yarışın ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub. Belə ki, cüdoçularımız 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.

    Oğlanlar arasında Rövşən Əliyev (50 kq), Vüsal İbrahimov (55 kq), Elçin Hüseynov (60 kq) qızıl, Rüfət Məmmədov (50 kq), Yaşar Nəcəfov (55 kq) və Murad Fətiyev (66 kq) bürünc medal qazanıb.

    Qızlar arasında isə Şəfəq Həmidova (44 kq) gümüş, Gültac Məmmədəliyeva (48 kq) bürünc medal qazanıb.

    Digər cüdoçu Şəhanə Hacıyeva Avropa kubokunda 5-ci olub. Bununla da, Azərbaycan millisi yarışın ilk günündə aktivində 8 medal yazdıraraq komanda hesabında birinci yerdə gedir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi