Yuxarı
    Bağlamaq

    İslamiadanın beşqat qalibi Avropa çempionatında 13-cü olub - FOTO

    Ruslan Lunyov mükafatçılar sırasına düşə bilməyib© Report.az

    Bakı. 31 iyul. REPORT.AZ/ Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatı davam edir. 

    “Report”un məlumatına görə, turnirin 11-ci günündə kişilər arasında 25 metr məsafəyə tapança ilə mərkəzə atəşaçma yarışında iştirak edən Azərbaycan yığmasının üzvü, IV İslam Həmrəyliyi Oyunlarında 5 qızıl medal qazanan Ruslan Lunyov 572 xalla 13-cü olub.

    Yarışın qalibi adını isə 587 xal toplayan Türkiyə təmsilçisi Yusuf Dikeç qazanıb. Almaniyalı Kristian Reitz (582 xalla) gümüş, estoniyalı Olesk Peeter (580) bürünc medal əldə edib.

    R.Lunyov daha əvvəl 25 metr məsafəyə tapança ilə atəşaçmada 7 və 9-cu pillələrdə qərarlaşıb.

    Kişilər arasında 300 metr məsafəyə tüfənglə üç vəziyyətdə atəşaçmada komanda yarışında Fransa millisi 3472 xal toplayaraq birinci olub. İkinci yeri 3461 xalla İsveçrə, üçüncü pilləni isə 3458 xalla Avstriya tutub.

    Kişilər arasında 300 metr məsafəyə tüfənglə üç vəziyyətdə atəşaçma yarışının qalibi də Fransa idmançısı olub. Raynaud Alexis 1167 xalla bütün rəqiblərini qabaqlayıb. Macarıstan atıcıları - Peni İstvan (1163 xal) və Sidi Peter (1161 xal) müvafiq olaraq gümüş və bürünc medal qazanıblar.

    Qeyd edək ki, iyulun 21-də start götürən Avropa çempionatında Azərbaycan atıcılarından heç biri fəxri kürsüyə yüksələ bilməyib. Yarışa avqustun 4-də yekun vurulacaq.

    Foto: Firi Salim

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi