İslamiadanın açılış mərasimi V yarış gününə təsadüf edəcək

İslamiadanın açılış mərasimi V yarış gününə təsadüf edəcək Mayın 12-13-də həndbol, voleybol, tennis, boks, bədii gimnastika və idman gimnastikası üzrə yarışlar keçiriləcək
Fərdi
151
26 Aprel , 2017 19:34
İslamiadanın açılış mərasimi V yarış gününə təsadüf edəcək

Bakı. 27 aprel. REPORT.AZ/ “Report” İnformasiya Agentliyi Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının günlük təqvminin dərcini davam etdirir.

Dördünücü və beşinci yarış günlərində həndbol, voleybol, tennis, boks, bədii gimnastika və idman gimnastikası üzrə yarışlar keçiriləcək.

Həmçinin mayın 12-də IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi baş tutacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək tədbir saat 21:00-da start götürəcək.

Qeyd edək ki, bütün yarışlar üçün standart biletlərin qiyməti 3 manat təşkil edir. 

12 may (cümə)

21:00 Açılış mərasimi

Bakı Olimpiya Stadionu

Həndbol

Qrup mərhələsi

Kişilər

5 – 6-cı yerlər uğrunda oyunlar

Qadınlar

Kot - d İvuar - Özbəkistan

Kamerun - Türkiyə

Sərhədçi İdman Kompleksi

Qeyd edək ki, oyunlar 09:00 – 14:45 aralığında keçiriləcək.

Voleybol

Qrup mərhələsi

Kişilər

Qətər - Əlcəzair

İran - Səudiyyə Ərəbistanı

Bakı Kristal Zalı 1

Qeyd edək ki, oyunlar 10:00 – 15:00 aralığında keçiriləcək.

Tennis

Kişilər üzrə komanda yarışı

Qadınlar üzrə komanda yarışı

Bakı Tennis Akademiyası

Qeyd edək ki, oyunlar 10:00 – 17:00 aralığında keçiriləcək.

Boks

Kişilər

1/16 final (yüngül, yarım orta, orta, yarım ağır, ağır çəkilər)

Bakı Kristal Zalı 2

Qeyd edək ki, oyunlar 12:00 – 15:15 aralığında keçiriləcək.

Bədii Gimnastika

Qadınlar

Top və halqa təsnifat mərhələsi

Milli Gimnastika Arenası Obyektin sxemi

Qeyd edək ki, oyunlar 12:00 – 14:00 aralığında keçiriləcək.


13 may (şənbə)

İdman gimnastikası

Kişilər

Təsnifat mərhələsi

Sərbəst hərəkətlər, paralel qollar, halqalar

Qadınlar

Müxtəlif hündürlüklü qollar, dayaqla tullanma

Milli Gimnastika Arenası

Qeyd edək ki, oyunlar 09:00 – 12:00 aralığında keçiriləcək.

Həndbol

Kişilər

7 – 8-ci yerlər uğrunda oyunlar

Yarımfinal

Qadınlar

Kot – d İvuar - Kamerun

Azərbaycan - Türkiyə

Sərhədçi İdman Kompleksi

Qeyd edək ki, oyunlar 09:00 – 19:45 aralığında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi