İslamiada: Kişi həndbolçulardan ibarət Azərbaycan yığması yarımfinala yüksələ bilməyib

İslamiada: Kişi həndbolçulardan ibarət Azərbaycan yığması yarımfinala yüksələ bilməyib Növbəti mərhələdə Səudiyyə Ərəbistanı İraqla, Türkiyə Əlcəzairlə qarşılaşacaq
Fərdi
11 May , 2017 22:28
İslamiada: Kişi həndbolçulardan ibarət Azərbaycan yığması yarımfinala yüksələ bilməyib

Bakı. 11 may. REPORT.AZ/ Kişi həndbolçulardan ibarət Azərbaycan milli komandası "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksələ bilməyib. "Report"un məlumatına görə, bu, A qrupunda 3-cü turun oyunlarından sonra müəyyənləşib.

Hikmət Abdullayevin baş məşqçi olduğu komanda Əlcəzairlə görüşdə 22:35 hesabı ilə uduzaraq, qrupu 2 xalla 3-cü pillədə başa vurub. Səudiyyə Ərəbistanı 6, Əlcəzair isə 4 xalla ilk 2 yeri tutaraq, yarımfinala adlayıb. B qrupunda ilk 2 yeri isə 6 xalı olan Türkiyə və 4 xala malik İraq tutub. Növbəti mərhələdə Səudiyyə Ərəbistanı İraqla, Türkiyə Əlcəzairlə qarşılaşacaq.

Azərbaycan millisi mayın 12-də 5-ci yer uğrunda görüşdə Mərakeşlə, Pakistan isə 7-ci yer uğrunda qarşılaşmada İordaniya ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycanın qadın həndbolçulardan ibarət yığması birinci yerin sahibi kimi 6 xalla yarımfinala yüksəlib. Növbəti mərhələdə rəqib Özbəkistan olacaq. 4 xalla 2-ci yeri tutan Türkiyə isə Kamerunla üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi