İslamiada: Daha 17 medal, 9-u qızıl - İCMAL - CƏDVƏL

Fərdi
  • 18 may, 2017
  • 17:39
İslamiada: Daha 17 medal, 9-u qızıl - İCMAL - CƏDVƏL

Bakı. 18 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bu gün Azərbaycanın daha 17 idmançısı medal qazanıb. "Report"un məlumatına görə, ən çox qızıl medalı boksçular və yunan-Roma güləşçiləri əldə ediblər.

Dəri əlcək ustalarından Cavid Çələbiyev (60 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq), pəhləvanlardan isə Kamran Məmmədov (66 kq), Elvin Mürsəliyev (75 kq) və İslam Abbasov (85 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər qızıl medallara taekvondoçu Ramin Əzizov (80 kq), para-atletikanın T11 kateqoriyalı qaçış növündə Nurlan İbrahimov və voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası yiyələnib.

Gümüş medallara para-atletikanın T11 kateqoriyalı qaçış növündə Elçin Muradov, həmçinin, boksçular Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Rauf Rəhimov (81 kq) sahib çıxıb.

Bürünc medallar Məhəmməd Məmmədov (63 kq), suya tullanan Dmitri Sorokin, yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) və boksçu Tayfur Əliyevə (56 kq) nəsib olub.

Beləliklə, gün ərzində 9 qızıl, 4 gümüş və 4 bürünc medal qazanılıb. Hazırda Azərbaycanın 116 medalı var ki, bunlardan 59-u qızıl, 33-ü gümüş, 24-ü bürüncdür. Siyahıya 155 medalla Türkiyə başçılıq edir. Bu ölkənin 60 qızıl, 52 gümüş və 43 bürünc medalı var. Azərbaycan isə həm medal sayı, həm də medal əyarında ikincidir. 

1Türkiyə605243155
2Azərbaycan593324116
3İran16222967
4Özbəkistan14142654
5Əlcəzair7121635
6İndoneziya6252051
7Misir64717
8Bəhreyn62311
9Mərakeş43916
10İordaniya311115
11Səudiyyə Ərəbistanı3069
12Türkmənistan24511
13İraq2439
14Qırğızıstan23712
15Qazaxıstan22610
16Suriya Ərəb Respublikası1269
17Kamerun1247
18Tunis11810
19Qətər1157
20Banqladeş1102
20Qambiya1102
22Benin1012
22Seneqal1012
24Oman0235
24Pakistan0235
26Qayana0123
26Birləşmiş Ərəb Əmirliyi0123
28Cibuti0112
29Nigeriya0101
29Uqanda0101
31Fil Dişi Sahili0033
32Surinam0022
33Livan0011
33Malayziya0011
35Əfqanıstan0000
35Albaniya0000
35Bruney Darüssəlam0000
35Burkina-Faso0000
35Çad0000
35Qəmər adaları0000
35Qabon0000
35Qvineya-Bisau0000
35Qvineya0000
35Maldiv adaları0000
35Mali0000
35Mozambik0000
35Mavritaniya0000
35Niger0000
35Fələstin0000
35Syerra-Leone0000
35Somali0000
35Tacikistan0000
35Toqo0000
35Yəmən0000