İslamiada: Azərbaycan suya tullananı gümüş medal qazanıb

İslamiada: Azərbaycan suya tullananı gümüş medal qazanıb Artyom Danilov ikinci dəfə mükafatçılar sırasına düşüb
Fərdi
20 May , 2017 17:44
İslamiada: Azərbaycan suya tullananı gümüş medal qazanıb

Bakı. 20 may. REPORT.AZ/ Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən suyatullanan Artyom Danilov gümüş medal qazanıb. "Report"un məlumatına görə, 19 yaşlı idmançı 10 metrlik platformadan tullanmada 6 cəhdin yekununda 308,70 xal toplayıb.

Qızıl medala 320,95 xalla türkiyəli Kıvanc Gur, bürünc medala isə 303,65 xalla iranlı Şahnam Nazarpur layiq görülüb.

Qeyd edək ki, bu, Artyom Danilovun ikinci medalı olub. O, Dmitri Sorokinlə birgə 3 metrlik tramplindən sinxron tullanmada bürünc medala sahib çıxıb.  

Son xəbərlər

Orphus sistemi