İrlandiya polisi Konor Makqreqora qarşı zorakılıq ittihamını araşdırır

İrlandiya polisi Konor Makqreqora qarşı zorakılıq ittihamını araşdırır İrlandiya polisi idmançı Konor Makqreqoraya qarşı irəli sürülmüş seksual zorakılıq ittihamı ilə bağlı araşdırma aparır.
Fərdi
27 Mart , 2019 02:49
İrlandiya polisi Konor Makqreqora qarşı zorakılıq ittihamını araşdırır

İrlandiya polisi idmançı Konor Makqreqoraya qarşı irəli sürülmüş seksual zorakılıq ittihamı ilə bağlı araşdırma aparır.

"Report" xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.

İdmançını zorakılıqda ittiham edən qadının adı açıqlanmır. Qeyd edilir ki, o, 2018-ci ilin dekabrında idmançının ünvanına ittihamlarla çıxış edib.

Nəşrin məlumatına görə, hazırda polis istintaq hərəkətləri aparır. Yanvarda asayiş keşikçiləri fadələr alınması üçün Makqreqoru həbs edib, amma o, sonra azad olunub.

30 yaşlı döyüşçünün ünvanına irəli sürülən ittihamlar hələ sübut edilməyib. Zərərçəkən iddia edib ki, hadisə Dublinin kənarında mehmanxanada baş verib.

Martın 26-da Makqreqor təkbətək döyüşlərdə karyerasının başa çatdığını bildirib. O, karyerası ərzində 25 təkbətək döyüş keçirib. İdmançı bu döyüşlərin 21-qalib gəlib, 4-də isə məğlubiyyətə uğrayıb.

Son xəbərlər

Orphus sistemi