İlqar Rəhimov: "Bakıda keçirilmiş Qran-pri böyük əks-sədaya səbəb olub"

İlqar Rəhimov: "Bakıda keçirilmiş Qran-pri böyük əks-sədaya səbəb olub" Milli Paralimpiya Komitəsində (MPK) Bakıda keçirilmiş paracüdo üzrə Qran-pri turnirində fəal iştirak edən etmiş media nümayəndələri ilə görüş olub.
Fərdi
21 May , 2019 15:44
İlqar Rəhimov: Bakıda keçirilmiş Qran-pri böyük əks-sədaya səbəb olub

Milli Paralimpiya Komitəsində (MPK) Bakıda keçirilmiş paracüdo üzrə Qran-pri turnirində fəal iştirak edən etmiş media nümayəndələri ilə görüş olub.

"Report" xəbər verir ki, tədbirdə iştirak edən MPK-nın prezidenti İlqar Rəhimov jurnalistlərə təşəkkürünü bildirib. O, 13-14 mayda paytaxtda böyük yarışın təşkil olunduğunu vurğulayıb: "Yarışdan əvvəl də media nümayəndələri ilə görüşdük və onların məsləhətlərini aldıq. Hesab edirəm ki, turnir yüksək səviyyədə baş tutdu. İlk görüşümüz də məhz media nümayəndələri ilə oldu. Hiss etdik ki, Qran-pri böyük əks-sədaya səbəb olub. Jurnalistlər səmərəli iş həyata keçirdilər. Qran-pri canlı yayımda da azarkeşlərə təqdim olundu. Beynəlxalq Cüdo Federasiyanın saytında da məlumatlar yerləşdirildi. Bu, bizim üçün ciddi sınaq idi. İş elə təşkil olundu ki, böyük problem və nöqsanlar yaranmadı. Düşünürəm ki, kollektivimiz yaxşı çalışdı. Turnir boyunca çalışdıq ki, əlillər hər bir sahədə iştirak etsinlər".

Rəhimov yarışda iştirak edən ölkələrin də rəylərini topladıqlarını sözlərinə əlavə edib: "Əməkdaşlarımız bu işlə məşğuldur. Digər ölkələrin nümayəndələrinin fikirlərini əldə edəcəyik".

MPK-nın rəhbəri 22 iyul - Milli Mətbuat günü ilə bağlı jurnalistlər arasında müsabiqə təşkil edəcəklərini diqqətə çatdırıb. 

Daha sonra yarışda fəal iştirak edən jurnalistlərə sertifikatlar təqdim olunub. Mükafatlandırılanlar sırasında "Report"un əməkdaşları da var. 

Qeyd edək ki, Azərbaycanın paracüdo komandası Qran-pridə 11 medal qazanıb. Yığma medal sayına görə birinci, əyarına görə isə ikinci olub.

Son xəbərlər

Orphus sistemi