İlin idman yekunlarına əsasən ayrı-ayrı nominasiyalar üzrə fərdi mükafatlar sahiblərini tapıb - SİYAHI

İlin idman yekunlarına əsasən ayrı-ayrı nominasiyalar üzrə fərdi mükafatlar sahiblərini tapıb - SİYAHI "Report" İnformasiya Agentliyi "İlin ən yaxşı informasiya agentliyi" nominasiyasının qalibi olub
Fərdi
24 Dekabr , 2015 20:19
İlin idman yekunlarına əsasən ayrı-ayrı nominasiyalar üzrə fərdi mükafatlar sahiblərini tapıb - SİYAHI

Bakı. 24 dekabr. REPORT.AZ/ Bu gün Gənclər və İdman Nazirliyi 2015-ci ildə fərqlənən idmançılara, məşqçilərə və komandalara mükafatlar təqdim edib.

"Report"un məlumatına görə, tədbirdə yola saldığımız ildə ölkəmizdə keçirilən beynəlxalq turnirlər, idmançılarımızın uğurları barədə videoçarx nümayiş olunub.

Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov 2015-ci ilin Azərbaycan idmanı üçün uğurlu olduğunu söyləyib. Bakıda I Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu qeyd edən nazir, bu mötəbər idman yarışının standartlarının ölkəmizdə müəyyənləşdiyini bildirib.

Daha sonra ayrı-ayrı nominasiyalar üzrə fərdi mükafatlar sahiblərini tapıb:

İlin ən yaxşı federasiyası

Azərbaycan Gimnastika Federasiyası

İlin idman yarışlarının ən yaxşı təşkilatçısı

Azərbaycan Güləş Federasiyası

İlin ən yaxşı idman təşkilatı

"Qəbələ" İdman Klubu (atıcılıq)

İlin ən yaxşı idman qurğusu

Su İdman Sarayı, Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu

İlin ən yaxşı klub komandası

"Qarabağ" futbol klubu

İlin ən yaxşı komandası

Taekvondo, polo

İlin ən yaxşı hakimləri

Faiq Həsənov (şahmat), Rövşən Hüseynov (boks), Asif Şirəliyev (güləş), Vahid Nəzərov (ağırlıqqaldırma),Yevgeniya Jidkova (bədii gimnastika)

İlin ən fəal veteranı

Yaşar Məmmədov (qılıncoynatma)

İlin ən yaxşı idman verilişlərinin təşkilatçısı

AzTV

İlin ən yaxşı informasiya agentliyi

"Report"

İlin ən yaxşı qəzet və saytlar üzrə idman jurnalisti

Zəki Feyzullayev (azerisport.com)

İlin ən yaxşı idman jurnalisti

Sənan Abdullayev ("Xəzər" TV)

İlin ən yaxşı idman məktəbi

Abşeron rayon UGİM

Tədbirdə I Avropa Oyunlarının qalibləri – boks üzrə dünya çempionu Elvin Məmişzadə, qadın güləşi üzrə dünya mükafatçısı Mariya Stadnik, yunan-Roma güləşi üzrə dünya birincisi Rəsul Çunayev, idman gimnastikası üzrə dünya çempionatının bürünc mükafatçısı Oleq Stepko, sərbəst güləş üzrə dünya çempionu Toğrul Əsgərov, taekvondo üzrə dünya çempionu Radik İsayev, karate üzrə dünya birincisi Rafael Ağayev, paralimpiyaçı cüdoçu, dünya çempionu İlham Zəkiyev, ağır atletika üzrə dünya çempionu, dünya rekordçusu Boyanka Kostova, “Bakı-2015”in bürünc mükafatçısı, sərbəst güləş üzrə dünya çempionu Hacı Əliyev mükafatlandırılıblar.

Son xəbərlər

Orphus sistemi