Azərbaycanın ikiqat Avropa çempionu: "O səhvi "Rio-2016"da buraxmaram"

Azərbaycanın ikiqat Avropa çempionu: "O səhvi "Rio-2016"da buraxmaram" Cəbrayıl Həsənov: "Olimpiadadan Azərbaycana medalla qayıdacağam"
Fərdi
6 İyun , 2016 15:36
Azərbaycanın ikiqat Avropa çempionu: O səhvi Rio-2016da buraxmaram

Bakı. 6 iyun. REPORT.AZ/ "Məşqlərimiz yüksək səviyyədə keçir. Fiziki, taktiki hazırlıq üzərində işləyirik. İntensiv məşqlər üçün federasiyamızın rəhbərliyi lazımi şəraiti yaradıb. Bircə güləşməyimiz qalır". 

"Report"un məlumatına görə, bunu Azərbaycan sərbəst güləşçisi Cəbrayıl Həsənov Göygöl toplanışını Güləş Federasiyasının rəsmi saytı üçün dəyərləndirərkən deyib.

26 yaşlı idmançı Kuba güləşçiləri ilə birgə təlimlərdə səhvlər üzərində çalışdıqlarını bildirib: "Kuba dünyada 4-5 güclü yığmadan biridir. Bunu güləş ölkələrinin hamısı bilir. Azərbaycan yığması da belə komandalardandır. Əsas məsələ odur ki, olimpiadada yüksək nəticə göstərək. Bunun üçün əlimizdən gələni edəcəyik".

İkiqat Avropa çempionu 2012-ci il London Yay Olimpiya Oyunlarında əldən verdiyi medalı bu dəfə heç kimə güzəştə getməyəcəyini vurğulayıb. Təcrübəli pəhləvanın fikrincə, bu, heç də asan olmayacaq: "Olimpiadada güləşənlərin hamısı rəqibdir. Onlardan ABŞ və Rusiya təmsilçilərini vurğulayardım. Olimpiadaya gedənlərdən qızıl medal gözləyirlər. Biz də bunun üçün çalışacağıq. 2012-ci il London olimpiadasında medalın bir addımlığında dayandım. O səhvi "Rio-2016"da buraxmaram. İnanıram ki, Azərbaycana medalla qayıdacağam".

Qeyd edək ki, 74 kq çəki dərəcəsində yer alan Cəbrayıl Həsənov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziyanı apreldə Serbiyanın Zrenyanin şəhərində keçirilmiş Avropa Təsnifat Turnirində qazanıb. 

Son xəbərlər

Orphus sistemi