Yuxarı
    Bağlamaq

    “İdman” qəzetinin 7000-ci sayı çap olunub

    Bu il qəzet həm də 85 illik yubileyini qeyd etməyə hazırlaşır

    Bakı. 18 aprel. REPORT.AZ/ Bu gün “İdman” qəzetinin 7000-ci sayı işıq üzü görüb.

    "Report"un məlumatına görə, bu münasibətlə redaksiyaya daxil olmuş təbrik məktublarına, qəzetin xususi sayında geniş yer verilib.

    7000-ci sayın qəzetin 85 illik yubileyi ilə eyni ərəfəyə təsadüf etməsi “İdman”ın bu nəşrini daha da əlamətdar edib. Nəşrin bugünkü yubiley sayında qəzetin ötən 85 illik fəaliyyətinə işıq salınıb və müxtəlif illərdə redaksiyada çalışmış jurnalistlərin xatirələri dərc edilib.

    Xüsusi buraxılışda gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə ilə Xəzər İsayev, millət vəkilləri – MOK-un baş katibi Ağacan Abiyev və Mətbuat Şurasının sədri Əflatun Amaşov, eləcə də Dünya İdman Mətbuatı Assosiasiyasının prezidenti Canni Merlonun təbrikləri dərc olunub. Habelə müxtəlif illərdə olimpiya zirvəsinə yüksəlmiş bütün azərbaycanlı idmançılar qəzetlə bağlı arzularını bölüşüblər. Nəşrdə bir sıra tanınmış jurnalistlərin təbriklərinə də yer ayrılıb.

    Qəzetin geniş foto arxivindən istifadə olunmaqla, nəfis tərtibatla hazırlanmış 7000-ci sayı “İdman”ın 85 illik yubileyi ərəfəsində oxucularına gözəl töhfədir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi