Bu gün 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü Naxçıvan şəhərində təntənəli şəkildə qeyd olunub.
Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazir
Qonaqlar ümummilli lider
Tədbir Naxçıvan Saat Meydanında davam edib. İlk olaraq, rəsmilər idman veteranları ilə görüşüb, onlara hədiyyələr veriblər. Daha sonra Naxçıvan şəhər Saat Meydanında muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının stendləri ilə tanışlıq olub. Federasiya rəsmiləri yeniliklər, qazanılan uğurlar haqqında məlumat verdikdən sonra yerli idmançılar öz məharətlərini qısa proqramlar vasitəsilə nümayiş etdiriblər.
Bundan sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Naxçıvan MR Gənclər və İdman naziri Azad Cabbarov çıxış edib biliriblər ki, 25 il əvvəl bu gündə ulu öndər Heydər Əliyev ilk dəfə idman xadimlərini bir araya toplayıb. Bundan sonra Prezident
Gənclər və İdman naziri Azad Rəhimov isə çıxışında bildirib ki, 25 il ərzində Azərbaycan idmançıları Avropa və Dünya çempionatlarında 11 346 medal qazanıblar. Bunlardan 4 081-i qızıl, 3 254- gümüş, 4 008-i bürünc medal olub. Sonda 10-a yaxın idman mütəxəssisi fəxri ad və diplomlarla mükafatlandırılıb.
Tədbir konsert proqramı ilə davam edib.















