CAS ikiqat olimpiya çempionunun şikayətini təmin etməyib

CAS ikiqat olimpiya çempionunun şikayətini təmin etməyib İdman Arbitraj Məhkəməsi (CAS) Cənubi Afrika Respublikasından (CAR) olan sprinter Kaster Semenyanın Beynəlxalq Ateltika Federasiyaları Assosiasiyasından (IAAF) şikayətini təmin etməyib.
Fərdi
1 May , 2019 15:19
CAS ikiqat olimpiya çempionunun şikayətini təmin etməyib

İdman Arbitraj Məhkəməsi (CAS) Cənubi Afrika Respublikasından (CAR) olan sprinter Kaster Semenyanın Beynəlxalq Ateltika Federasiyaları Assosiasiyasından (IAAF) şikayətini təmin etməyib.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, CAS 28 yaşlı ikiqat olimpiya və ikiqat dünya çempionunun IAAF-ın orqanizmində yüksək miqdarda testosteron olan qadın idmançıların yarışa buraxılmaması ilə bağlı tətbiq etdiyi yeni qaydadan narazılığını əsassız sayıb.

IAAF-ın ötən ilin aprelindən tətbiq etdiyi qaydalara əsasən, yarışlarda iştirak üçün orqanizmdə testosteronun miqdarı 5 litrdən çox olmamalıdır. 800 metr məsafəyə qaçışda 2012 və 2016-cı il Yay Olimpiya Oyunlarının qalibi olan Semenya ötən il bu qayda ilə bağlı CAS-a şikayət edib. Bundan sonra IAAF müvafiq qaydanın tətbiqini təxirə salıb.

Qeyd edək ki, Semenyanın orqanizmində testosteronun miqadarı doğuşdan yüksəkdir. Bu səbəbdən onun cinsiyyəti ilə bağlı şübhələr vardı. Afrikalı idmançı 30 gün müddətində CAS-ın qərarından İsveçrədəki Federal Məhkəməyə şikayət edə bilər.

Son xəbərlər

Orphus sistemi