Yeniyetmə cüdoçuların respublika birinciliyi başa çatıb

Yeniyetmə cüdoçuların respublika birinciliyi başa çatıb Hövsanda yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Kompleksində yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinin komanda yarışları keçirilib.
Fərdi
17 Yanvar , 2020 15:20
Yeniyetmə cüdoçuların respublika birinciliyi başa çatıb

Hövsanda yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Kompleksində yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinin komanda yarışları keçirilib. 

"Report"un məlumatına görə, "Neftçi İK" və "Kanokan TT" komandaları bütün rəqiblərinə qalib gələrək finala çıxıblar. 

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən görüşü 4:3 hesabı ilə qalib başa vuran "Neftçi İdman Klubu"nun cüdoçuları Azərbaycan çempionu adına layiq görülüblər. "Kanokan TT" gümüş, "Aura İK" və "UGİM-13" komandaları bürünc medala sahib olublar. Qalib və mükafatçılara diplom, medal və kuboklar təqdim olunub.

Xatırladaq ki, Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən ölkə birinciliyinin komanda yarışlarında 9 klub, fərdi yarışlarda isə 74 klubdan 592 cüdoçu (505 oğlan, 87 qız) iştirak edib.

Son xəbərlər

Orphus sistemi