Hidayət Heydərov: “Dünya çempionatının bürünc medalı karyeramın ən böyük uğurudur”

Hidayət Heydərov: “Dünya çempionatının bürünc medalı karyeramın ən böyük uğurudur” Bakı. 22 sentyabr. REPORT.AZ/ “Çox çətin görüş oldu. Dünya çempionatlarında ilk medalımdır. Yarımfinalda uduzduğum yaponiyalı Soiçi Haşimoto dünya çempionudur, güclü idmançıdır. Cənab prezidentin yarışa gəlişindən sonra həvəslənmişdim ki, udacağam”.
Fərdi
22 Sentyabr , 2018 19:30
Hidayət Heydərov: “Dünya çempionatının bürünc medalı karyeramın ən böyük uğurudur”

Bakı. 22 sentyabr. REPORT.AZ/ “Çox çətin görüş oldu. Dünya çempionatlarında ilk medalımdır. Yarımfinalda uduzduğum yaponiyalı Soiçi Haşimoto dünya çempionudur, güclü idmançıdır. Cənab prezidentin yarışa gəlişindən sonra həvəslənmişdim ki, udacağam”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən cüdo üzrə dünya çempionatında bürünc medal qazanan Hidayət Heydərov deyib.

Yarışda Azərbaycan millisinə ilk medalı qazandıran 21 yaşlı idmançı fəxri kürsüyə yüksəldiyi üçün çox sevindiyini söyləyib: “Yarımfinalda uduzandan sonra bürünc medalı əldən verməyəcəyimi dedim. Medalı götürdüm, çox sevinirəm”.

73 kq çəki dərəcəsində mübarizə aparan H.Heydərov yarımfinalda yorulduğu üçün uduzduğunu deyib: “Yarımfinaldakı rəqibim çox yaxşı hazırlaşmışdı. Həmin görüşdə yoruldum. Dünya çempionatının bürünc medalı karyeramın ən böyük uğurudur. Finalda uduzmaqdansa, bürünc medal uğrunda qalib gəlməyi üstün tuturam”.

H.Heydərov son təsəlliverici görüşdə monqolustanlı Tsoqtbaatar Tsend-Oçiri məğlubiyyətə uğradıb və bürünc medal əldə edib. “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan idmançı, Avropa çempionu tituluna malikdir.

Son xəbərlər

Orphus sistemi