Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə yelkənli qayıq yarışı keçiriləcək

Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə yelkənli qayıq yarışı keçiriləcək Ümumilikdə 31 yelkənçinin iştirak edəcəyi reqatada idmançılar dörd sinif üzrə yarışacaqlar
Fərdi
6 May , 2018 14:36
Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə yelkənli qayıq yarışı keçiriləcək

Bakı. 6 may. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Azərbaycan Yelkənli İdman Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş yelkənli qayıq yarışı (“Baku Sailing Regatta-2018”) keçiriləcək.

“Report” xəbər verir ki, ümumilikdə 31 yelkənçinin iştirak edəcəyi reqatada idmançılar dörd sinif ( “Optimist”, “Laser-standard”, “Laser 4.7” “Laser-radial”) üzrə yarışacaqlar.

Qaliblər yerli və beynəlxalq hakimlər tərəfindən müəyyənləşdiriləcək. I, II və III yerlərin qalibləri mükafatlandırılacaq.

Dənizkənarı Milli Parkda keçiriləcək yarış çərçivəsində müxtəlif əyləncəli proqramlar, oyunlar və viktorinalar təşkil olunacaq.

Bundan başqa, açıq havada sərgi təşkil ediləcək. Burada paytaxt sakinləri və şəhərin qonaqları gəmi və dənizçiliyə aid maraqlı eksponatlarla tanış olacaqlar. Həmçinin, yarış boyunca qayıqların sahildə nümayişi də nəzərdə tutulub.

Reqata mayın 5-də saat 11:00-dən 18:00-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi