Hemilton "Formula 1" üzrə Macarıstan Qran-prisinin qalibi olub

Hemilton "Formula 1" üzrə Macarıstan Qran-prisinin qalibi olub "Formula 1" üzrə Macarıstan Qran-prisində sonuncu yürüşkeçirilib.
Fərdi
19 İyul , 2020 19:50
Hemilton Formula 1 üzrə Macarıstan Qran-prisinin qalibi olub

"Formula 1" üzrə Macarıstan Qran-prisində sonuncu yürüş keçirilib.

"Report"un məlumatına görə, dördüncü yürüşdə ən yaxşı nəticəni "Mercedes"in britaniyalı pilotu Lüis Hemilton göstərib.

O, bununla da "Formula 1" üzrə Macarıstan Qran-prisinin qalibi olub.

Yarışda ikinci yerə Niderland təmsilçisi "Red Bul"un pilotu Maks Ferstappen (+8,702) çıxıb. Üçüncü yeri "Mercedes"dən fin Valtteri Bottas (+9,452) tutub.

Bununla da Macarıstan Qran-prisinə yekun vurulub. 

Pilotların siyahısına 63 xalla L.Hamilton başçılıq edir. V.Bottas 58 xalla ikinci, M.Ferstappen isə 33 xalla üçüncü pillədə qərarlaşıblar.

Qeyd edək ki, "Formula 1" üzrə Macarıstan Qran-prisinə iyulun 17-də start verilmişdi. 

Növbəti yarış avqustun 2-də Böyük Britaniyada təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi