Həftənin oyunu: Şahmatda rəqibə işgəncə vermək necə olur?

Həftənin oyunu: Şahmatda rəqibə işgəncə vermək necə olur? Bəlkə də siz şahmat oyununda digər oyunçuya “işgəncə vermək” haqqında eşitmisiniz və sizə maraqlıdır ki, stolüstü bir oyunda işgəncə vermək necə ola bilər?
Fərdi
14 Mart , 2021 10:50
Həftənin oyunu: Şahmatda rəqibə işgəncə vermək necə olur?

"Report" beynəlxalq qrossmeysterlər Vasif Durarbəyli və Burak Fıratın növbəti yazısını təqdim edir.

Bəlkə də siz şahmat oyununda digər oyunçuya “işgəncə vermək” haqqında eşitmisiniz və sizə maraqlıdır ki, stolüstü bir oyunda işgəncə vermək necə ola bilər?

Oyunda rəqibə “işgəncə verməy”in bir neçə yolu var. Lakin 2 yayğın nümunəni qeyd edək:

1. Siz daha yaxşı mövqedəsiniz, uduzmaq riskiniz yoxdur və bu qaydada oyunu “əbədi” davam etdirə bilərsiniz;

2. Rəqibiniz vəziyyəti tam bərabərləşdirməyin bir addımlığındadır, lakin siz bunun qarşısını almaqda davam edirsiniz.

Yarışda daha hansı “işgəncə” nümunələrindən istifadə etmisiniz? Həmin nümunələri aşağıda paylaşın!

Bir qrossmeyster olaraq, mən artıq yarışlarda ”işgəncə”yə tez-tez məruz qalmıram. Amma 2011-ci ildə dostum Aleksandr Şimanovla oyunda o, yuxarıda qeyd edilən 2-ci üsuldan istifadə etdi. İndiki kimi xatırlayıram: Elə hiss etdim ki, heç-heçə edəcəyəm, lakin o, “hələ yox” mənasını verən bir gediş etdi. Ondan sonra hər gedişi ilə mənim mövqeni tarazlaşdırmaq cəhdlərimi puça çıxarırdı. Heç-heçə etmək şansım daha da pisləşirdi. Mən təslim olmaq üzrə olarkən möcüzə baş verdi!

Şimanovun ən güclü gedişini tapmağa cəhd edin:

Kritik Mövqe (Gediş Ağındır)

Həll uçün 24-cü gedişə baxın.

(688) Shimanov Aleksandr (2586) – Durarbayli Vasif (2515) [E10]

Gənclər arasında şahmat üzrə dünya çempionatı (10.5), 12.08.2011

[Durarbəyli,Vasif]

1.d4 Af6 2.Af3 e6 3.c4 c5 4.Ac3 cxd4 5.Axd4 Fb4 6.g3 Ae4 7.Vc2 Axc3 8.bxc3 Fe7 9.Fg2 0–0 10.0–0 d6 11.Td1 a6 12.c5 Vc7 13.cxd6 Fxd6 14.c4 Ad7 15.Ab3 Ac5 16.Fa3 Fe7 17.Tab1 Ta7 18.Axc5 Fxc5 19.Fxc5 Vxc5 20.Vd3 b5 21.cxb5 Td7 22.Vb3 Txd1+ 23.Txd1 axb5

24.a3!! [Qara piyada b4 gəlmək istəyirdi]

24...h6 [24...e5! Oyunda a3 xanasının gücünü dərhal anlaya bilmədim, lakin anlasaydım, dinamik həllər axtarardım. 25.Fd5 Fg4 26.Fxf7+ Şh8 (26...Txf7?? 27.Td8++–) 27.Vb4 Vxb4 28.axb4 Fxe2 29.Td7 g6 Demək olar ki, bərabərlikdir]

25.Fe4 Fa6 26.Vb4! Ve5 [26...Vxb4 27.axb4 Tc8 28.Ta1 Tc4 29.f3 Fc8 30.Fd3 Tc7]

27.Td6 Fc8 28.Vd4 Vg5 29.Şg2 [Profilaktika.] 29...Ve7 30.f3 e5